Ticarət balansı profsitli olmuşdur.
Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini azaldıb - RƏSMİ AÇIQLAMA
FED.az xəbər verir ki, bu barədə AMB-nin sədri Taleh Kazımov 1 may tarixində keçirilən mətbuat konfransında bildirib.
O qeyd edib ki, ticarət balansında 2024-cü ilin I rübündə 2.3 mlrd. ABŞ dolları məbləğində profisit formalaşmışdır.
Sədr çıxışında vurğulayıb ki, 2024-cü ilin yekunu üzrə də cari əməliyyatlar hesabının profisitli olacağı gözlənilir.
Azərbaycan Mərkəzi Bankı (AMB) 2024-cü ilin sonuna cari əməliyyatlar balansının 7 milyard ABŞ dolları səviyyəsində olacağını proqnozlaşdırır.
Onun sözlərinə görə, 2025-ci il üçün cari əməliyyatlar balansının 6.5 mlrd ABŞ dolları olacağı proqnozlaşdırılır.