İnflyasiya bizim gözlədiyimiz istiqamətdə davam edərsə, yəni inflyasiya hədəf diapozonunda və daha aşağı səviyyələrdə formalaşarsa, bu zaman, biz öz pul siyasətimizi yumuşaltma istiqamətində fəaliyyəti nəzərdən keçirəcəyik.
FED.az xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov faiz dəhlizinin parametrləri ilə bağlı keçirilən mətbuat konfransında deyib.
O bildirib ki, 6 iclas əvvəl biz inflyasiya dəyişməz olaraq qalacağını düşünürdük. Əvvəlki proqnozlar 5,8% idi, indi görürük 5,5% gözlənilir. Üzvlərdən bu siyasəti dəstəkləyənlər də artır.
"Amma bizim inflyasiya göstəricimiz xarici və daxili amillərdən asılıdır" - deyə sədr qeyd edib.