Görülən pul siyasəti ilə bağlı işlərin əsas məqsədi banklararası uzunmüddətli kredit və depozitlərə təsiri ilə bağlıdır.
FED.az xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov keçirdiyi mətbuat konfrasında bildirib.
O deyib ki, biz yumuşalma siyasəti aparırıq. Biz uçot dərəcəsini azaldırıq. Növbəti məqsəd bu faizlər banklarda depozitlərə təsir etsin. Cari hesablara ödənilən faizlərə olan təsiri görürük, Repo Bazarına təsir edir. Mərkəzi Bankın açıqladığı indekslərə baxmanızı tövsiyə edirəm. Orda pul siyasətimizin banklar arasında və korporativ bazarlara olan təsirini görəcəksiniz.
"Görülən pul siyasəti ilə bağlı işlərin əsas məqsədi banklararası uzunmüddətli kredit və depozitlərə təsiri ilə bağlıdır". deyə AMB sədi vurğuladı