Xarici sektor göstəriciləri də əlverişli olaraq qalır.
FED.az xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov faiz dəhlizinin parametrləri ilə bağlı keçirilən mətbuat konfransında deyib.
O bildirib ki, Dövlət Gömrük Komitəsinin məlumatına görə 2024-cü ildə tədiyə balansının cari əməliyyatlar hesabının başlıca komponenti olan xarici ticarət balansında 5.5 mlrd. ABŞ dolları məbləğində müsbət saldo qeydə alınıb. Bu şəraitdə 2024-cü ildə valyuta bazarında sabitlik qorunub.
Mərkəzi Bankın keçirdiyi bütün hərraclarda valyutaya tələb tam qarşılanıb. 2024-cü ilin sonuna Mərkəzi Bankın valyuta ehtiyatları 11 mlrd. ABŞ dolları təşkil etmişdir. Cari əməliyyatlar hesabında proqnozlaşdırılan profisit (5.5 mlrd. ABŞ dolları) 2025-ci ildə də valyuta bazarında sabitliyin təmin ediləcəyini gözləməyə əsas verir.