Azərbaycan Mərkəzi Bankı (AMB) Sabirabad rayonunda vətəndaşlar üçün səyyar qəbul keçirib.
Əhalinin banklara nə qədər kredit borcu var?
FED.az bu barədə AMB-yə istinadən xəbər verir.
Məlumata görə, vətəndaşların müraciətləri əsasən həyat sığortası, kreditin istənilməsi, kredit borcuna güzəşt olunması, qalıq kredit borc barədə məlumatın öyrənilməsi və Mərkəzləşdirilmiş Kredit Reyestrində gecikmə günlərinin silinməsi ilə bağlı olub. İnsanlara müvafiq izahatlar verilib, bəzi məsələlər yerindəcə öz həllini tapıb. Əlavə araşdırma tələb olunan məsələlərlə bağlı vətəndaşlara ərizə tərtib etmələri üçün dəstək göstərilib.
Maliyyə xidmətləri istehlakçılarının hüquqlarının müdafiəsi məqsədilə səyyar qəbulların keçirilməsi davam etdiriləcək.