2023-cü ildə Mərkəzi Bankda keçirilmiş valyuta hərracının 92%-də təklif tələbi üstələmişdir.
Təcili: Mərkəzi Bank faiz qərarını - AÇIQLADI
FED.az xəbər verir ki, Mərkəzi Bankın yaydığı məlumatda bildirilir ki, bu dövrdə manatın nominal effektiv məzənnəsi 19.3 faiz bahalaşmışdır ki, bu da idxal inflyasiyasına azaldıcı təsir göstərən əsas amildir.
Ötən iclasdan bəri monetar şəraitə təsir göstərən başlıca hadisə gözlənildiyi kimi fiskal sektor üçün irihəcmli valyuta alışlarının həyata keçirilməsi olmuşdur. Ümumilikdə, 2023-cü ildə Mərkəzi Bankın valyuta bazarında alışyönlü müdaxiləsinin həcmi 2.1 mlrd. ABŞ dolları olmuşdur.
Valyuta alışları bank sistemində likvidliyin artmasına şərait yaratmışdır. Manatla pul bazası ümumilikdə 2023-cü ildə 19.6% artmışdır ki, bunun da 14.6 faiz bəndi dekabr ayında baş vermişdir.