Profisitli tədiyə balansı valyuta bazarında təklif kanallarını dəstəkləməkdə davam edir.
Azərbaycan Mərkəzi Bankı - UÇOT DƏRƏCƏSİNİ DƏYİŞDİ - FAİZ QƏRARI AÇIQLANDI
FED.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankından (AMB) bildirilib.
Qeyd edilib ki, həm neft-qaz sektoru, həm də qeyri-neft-qaz sektoru üzrə ixracın artım tempi yüksək olaraq qalır. Bu şəraitdə tədiyə balansının cari əməliyyatlar hesabının əsas elementi olan xarici ticarət balansının profisiti 10 ayda ötən ilin eyni dövrü ilə müqayisədə 3.1 dəfə artaraq 23.1mlrd. ABŞ dollarına çatıb. Bu dövrdə qeyri-neft-qaz ixracının həcmi 16.2% genişlənib və 2.4 mlrd.$ təşkil edib.
2023-cü ildə də cari əməliyyatlar hesabının profisitli olacağı ilə bağlı proqnoz dəyişməz qalır. Enerji daşıyıcılarının qiymətləri hazırki səviyyəsində qalarsa, növbəti ildə də cari hesab profisitinin ümumi daxili məhsula nisbətinin ikirəqəmli səviyyədə qalacağı gözlənilir.
"Profisitli tədiyə balansı ölkənin strateji valyuta ehtiyatlarının artması və valyuta bazarında təklifin genişlənməsilə müşayiət olunur. Bu da Azərbaycan Respublikası Dövlət Neft Fondunun vəsaitlərinə daha çox qənaət etməyə imkan verir" - AMB əlavə edib. (Apa)