Bu ilin cari əməliyyat proqnozu aprel ayının proqnozu ilə müqayisədə dəyişilməz saxlanıllıb.
FED.az xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov faiz dəhlizinin parametrləri ilə bağlı keçirdiyi mətbuat konfransında deyib.
O bildirib ki, bu ilin I rübünün cari əməliyyat balansının profisiti ÜDM-in 10.1%-ni təşkil edib. Aprel ayında cari əməliyyat balansının bu ilin sonuna 7 milyard dollar olacağı proqnozunu vermişdik. 2025-ci ildə isə bu göstərici 6 milyard dollar ərtafında olacaq.