Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanın təşkilat, müəssisə və qurumları qiymətli kağızlar bazarından 698 milyon ABŞ dolları məbləğində gəlir əldə edib.
FED.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) Statistika departamentinin direktoru Samir Nəsirov media brifinqində bildirib.
"Bu məbləğin 207 milyon ABŞ dolları cari ilin üçüncü rübünə təsadüf edir", – deyə S. Nəsirov qeyd edib (Trend).