Bu ilin may ayında Azərbaycanın pərakəndə ticarət şəbəkəsində Biznes İnam İndeksi (Bİİ) 15,5 bənddən 14,8 bəndədək enib.
Eləcə də bax: Dörd ayda əhali ərzaq, içkilər və siqaretə 6,6 milyard manat - Xərcləyib
FED.az Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, son üç ayda faktiki satışlar üzrə indeks kəskin azalaraq 26 bənddən 2 bəndə enib. Mal ehtiyatlarının dəyişməsi üzrə indeks isə 0,4 bənddən -1,3 bəndədək azalıb.
Qeyd edək ki, növbəti 3 ayda satışlar üzrə gözləntilər kəskin artıb və mayda 41,2 bənd təşkil edib (apreldə – 20,7). Qiymət gözləntiləri isə cüzi azalaraq 5,3 bənddən 3,6 bəndə düşüb.
Xatırladaq ki, 2021-ci ilin yanvar-aprel aylarında pərakəndə ticarət şəbəkəsində istehlakçılara 12,023 mlrd. manatlıq məhsul satılıb, bu da illik müqayisədə 0,1% çoxdur. Təkcə aprel ayında 2,498 mlrd. manatlıq məhsul satılıb ki, bu da mart ayı ilə müqayisədə 28,6% azdır. (Apa)