“Azərbaycanda bank müştərilərinin ödənişləri zamanı üzləşdiyi çətinliklərdən biri prosedurların qəlizliyidir”.
Eləcə də bax: Azərbaycanda “Google Pay” və “Samsung Pay” - Ödəniş Sistemləri İşləyəcək
FED.az biznes və maliyyə xəbərləri portalı Report-a istinadən xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) Ani ödəniş sisteminin təminatı şöbəsinin layihə rəhbəri Leyla Əliyeva deyib.
Onun sözlərinə görə, əsas problem müştərilərdən tələb edilən rekvizitlərlə bağlıdır: “Biz bu problemi “Ani pay” identifikatoru hesabına həll etmişik. Mərkəzi bazada bütün məlumatlar var. Müştərilər sadəcə ID-ni qeydiyyatdan keçirməklə bank hesablarından birbaşa köçürmə imkanı əldə edə bilərlər”, - deyə o, qeyd edib.
Ani ödənişlər sisteminə hazırda 23 bank inteqrasiya olunub. L.Əliyeva iştirakçıların sayının artırılması ilə bağlı danışarkən bildirdi ki: "Yeni oyunçuların bazara daxil etməklə rəqabətli ekosistem formalaşacaq".