İndiyə qədər Azərbaycan Mərkəzi Bankının (AMB) Bakının Nizami rayonunda yerləşəcək yeni inzibati binasının inşasına 477 milyon 438 min manat xərclənib.
FED.az bu barədə qurumun maliyyə hesabatına istinadən xəbər verir.
Sənədə əsasən, baş podratçı və digər təşkilatlarla bağlanılmış müqaviləyə əsasən 434 milyon 703 min manat, digər kapital qoyuluşları kimi isə 42 milyon 735 min manat xərclənib.
Yeni binanın təhvil verilməsi üçün baş podratçı və digər təşkilatlarla bağlanılmış müqavilə çərçivəsində yerinə yetiriləcək işlər üzrə 153 milon 883 min manat nəzərdə tutulub.
2023-cü ildə isə bu göstərici 355 milyon manat 96 min manat idi.
Beləliklə, bina AMB-yə 631 milyon 321 min manata başa gəlmiş olacaq. Eyni zamanda bura başa çatdırılmamış tikililər da daxildur.