"İran Milli Bankının Bakı filialında Azərbaycan Mərkəzi Bankı tərəfindən yoxlama aparılıb".
İran bankından pulları çəkirlər – MÜŞTƏRİ HESABLARI 6 DƏFƏ AZALIB - HESABAT
FED.az xəbər verir ki, bunu keçirdiyi mətbuat konfransında Mərkəzi Bankın sədri Taleh Kazımov deyib.
"Tərəfimizdən bəzi nöqsanlar tapılıb. Müvafiq olaraq bəzi əməliyyatlar məhdudlaşdırılıb. Bankın bağlanması nəzərdə tutulmur, Bank normativ tələblərə cavab verir, maliyyə sektoru üçün risk yaratmır. Aşkar edilən bəzi nöqsanlar aradan qaldırdıqdan sonra fəaliyyətini davam etdirə bilər",- Kazımov bildirib.
Qeyd edilib ki, yoxlama əsasən cinayət yolu ilə əldə edilən pulların leqallaşdırılması və bu sahədə Azərbaycanb qanunvericiliyin tətbiqi üzrə olub. (Marja)