Ərzaq inflyasiyası 6,5 faiz, qeyri-ərzaq 2,8 faiz və xidmətlər 7,5 faiz təşkil edib. Nominal effektiv məzənnə 9 faiz möhkəmlənib. Bu inflyasiyaya 2,33 faiz azaldıcı təsir göstərib.
FED.az xəbər verir ki, bu barədə AMB-nin sədri Taleh Kazımov mətbuat konfransında deyib
O bildirib ki, orta müddətli inflyasiya hədəf diapozonunda olacaq.
"Proqnozlara gəldikdə 2025 və 2026-cı ilin sonlarına müvafiq olaraq 5,3 və 4,3 faiz inflyasiya olacağı proqnoz edilir" - deyə sədr qeyd edib.