Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov 2023-cü ildə ölkədə orta illik inflyasiyanın səviyyəsinin əlverişli xarici konyuktura halında birrəqəmli səviyyəyə enəcəyini gözləyir.
Eləcə də bax: Mərkəzi Bank: İlin sonuna inflyasiyanın indikindən aşağı olacağı proqnozlaşdırılır
FED.az xəbər verir ki, “İyunda 0,1% səviyyəsində deflyasiyaya baxmayaraq, illik inflyasiyanın artımı tendensiyası qalır. Xüsusilə, iyunda 12 aylıq inflyasiya 14,2%, orta illik – 12,9% təşkil edib”, - Kazımov cümə günü mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, ərzaq mallarının qiymətlərinin artımı inflyasiyaya təsir edir. Xüsusilə, iyunda ərzaq mallarına 12 aylıq artım 20,6%, orta illik inflyasiya 12,9% təşkil edib.
“Qiymətləndirmələrimizə əsasən, 2022-ci ilin yekunları üzrə inflyasiya səviyyəsi cari göstəricilərdən aşağı olacaq. Xarici bazarlarda əlverişli şərait halında 2023-cü ildə inflyasiya birrəqmli səviyyədə ola bilər”, - Kazımov əlavə edib.
2021-ci ildə Azərbaycanda orta illik inflyasiya 6,7% təşkil edib.
İqtisadiyyat Nazirliyi 2022-ci ildə Azərbaycanda orta illik inflyasiyanı 12,5% səviyyəsində proqnozlaşdırır. Azərbaycan hökuməti qiymət artmını əsasən idxal inflyasiayası ilə əlaqələndirir. (İnterfaks-Azərbaycan)