2024-cü ildə Azərbaycan Mərkəzi Bankının (AMB) rəhbərliyinə əmək haqqı ödənişləri 2 milyon 701 min manat təşkil edib.
FED.az bu barədə qurumun maliyyə hesabatına istinadən xəbər verir.
Sənədə əsasən, bu, 2023-cü illə müqayisədə 771 min manat və ya 40 % çoxdur.
Bununla yanaşı sosial fondlara ayırmalar 143 min manat və ya 35% artaraq 550 min manata yüksəlib.
Cəmi ödənişlər 3 milyon 251 min manata bərabər olub. Bu da illik 914 min manat və ya 39% artıb.