Ötən il kredit kartları vasitəsilə verilən kreditlərin əmək haqqının 5 misli qədər olmasının nəticəsi görünüb.
Kredit kartı ilə borclanma məhdudlaşdırılır – Mərkəzi Bankdan qərar
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının maliyyə sabitliyi departamentinin direktoru Ataxan Həsənov 2025-ci il üzrə "Maliyyə sabitliyi hesabatı"nın təqdimatına dair mətbuat konfransında məlumat verib.
Onun sözlərinə görə, aparılan islahatlar nəticəsində kredit kartlarının istifadə olunmamış hissəsi 11% artıb:
"Eyni zamanda kredit kartlarının sayında 6% azalma müşahidə olunub".













