Maliyyə sektorun risklərini requlyator olaraq iki hissəyə bölürük.
Taleh Kazımov: "Azərbaycanda "yaşıl artım"a keçid maliyyə sektorunun inkişaf strategiyasının əsas məqsədidir"
FED.az xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının icraçı direktoru Şahin Mahmudzadə "Ambisiyanın artırılması, fəaliyyətə təkan: COP29 Davamlı biznes forumu" adlı konfransda deyib.
O bildirib ki, bura fiziki risklər və keçid riskləri aiddir:
"Fiziki risklərə daşqınlar, su basmaları aiddir. Bu risklər baş verərsə iqtisadiyyata və maliyyə sektoruna zərərləri kifayət qədər yüksək olar. Fiziki risklərin sığorta vasitəsilə qarşısı alınır. Bizimdə məqsədimiz bu riskləri təkrar sığorta vasitəsi ilə xaricə ötürməkdir. Hazırda Azərbaycanda fiziki risklərin birbaşa təsiri bank kanalları vasitəsi ilə kreditlərə təsir göstərir", - deyə Ş. Mahmudzadə əlavə edib. (Apa)