Naxçıvanda bu il problemli kreditlər azalıb.
Sığorta şirkətləri Naxçıvana axışdı - 2 AYDA 5 ŞİRKƏT İŞƏ DÜŞDÜ
FED.az xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) Naxçıvan Muxtar Respublikası İdarəsinin sədri Elçin Əliyev media nümayəndələri ilə görüşdə deyib. O qeyd edib ki, bu ilin sentyabrın 1-ə olan məlumata görə vaxtı keçmiş kreditlərin həcmi 2,1%-ə qədər enib. Ötən il isə bu rəqəm 3% təşkil edib.
"Göstəricinin aşağı olması Naxçıvanda ictimai qınağın və kreditin qaytarılması mədəniyyətinin daha yüksək olması ilə bağlıdır. Kommersiya bankları burada daha az problemlə qarşılaşır. Bu baxımdan Naxçıvan problemli kreditlərin ən aşağı olduğu regionlardan biridir" - Elçin Əliyev əlavə edib.