Bu günə Azərbaycan Mərkəzi Bankının (AMB) dövriyyədə olan notlarının ümumi dəyəri 520 milyon manat təşkil edir.
Eləcə də bax: Mərkəzi Bank dövriyyədəki notlarını - Kəskin Azaldıb
FED.az quruma istinadən xəbər verir ki, bu, mayın 5-i ilə müqayisədə 150 milyon manat və yaxud 22,4% azdır, 15 aylıq minimumun yenilənməsidir.
Xatırladaq ki, ötən il martın 6-da AMB-nin dövriyyədə olan notlarının ümumi dəyəri 370 milyon manat təşkil edib və o vaxtdan bəri 600 milyon manatdan aşağı olmayıb. (Report)