Ötən ilin dekabrın 1-nə Azərbaycan Mərkəzi Bankının (AMB) banklara və bank olmayan kredit təşkilatlarına (BOKT) xalis tələbləri 10,2 milyard manat təşkil edib.
28 BOKT nizamnamə kapitalı ilə bağlı yeni tələblərə cavab vermir - SİYAHI
FED.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankı bildirir.
Bu, 2023-cü ilin eyni dövrü ilə müqayisədə 4,7 milyard manat və ya 86,5% çoxdur.
Belə ki, 2023-cü ilin eyni dövründə bu göstərici 5,5 milyard manat olub.
Aylıq müqayisədə isə 131,3 milyon manat və ya 1,3%-lik azalma qeydə alınıb. Belə ki, ötən ilin noyabrın 1-nə olan tələblər 10,3 milyard manat təşkil edib. (Trend)