Azərbaycan Mərkəzi Bankı (AMB) ölkədə məsafədən kreditləşmənin tənzimlənməsini planlaşdırır.
"Azərbaycanda mikrokreditlərin faizləri yüksəkdir"
FED.az xəbər verir ki, bunu qurumun Kredit təşkilatlarının fəaliyyətinə nəzarət departamentinin şöbə rəisi Xəyyam İsmayılov Bakıda keçirilən "Dayanıqlı Mikromaliyyə üçün İnnovativ Həllər" mövzusunda Azərbaycan Mikromaliyyə Konfransında bildirib.
"Bu istiqamətdə beynəlxalq təcrübə araşdırılır və yerli prioritetlər nəzərə alınmaqla məsafədən kreditləşmənin ümumi şərtləri müəyyən ediləcək. Əsas məqsəd istehlakçıların hüquqlarının qorunması və onların izafi borclanmasının qarşısının alınmasıdır", - deyə o qeyd edib. (Report)