Maliyyə Nazirliyinin bu ay keçirdiyi depozit hərracı maliyyə bazarında ilk təcrübədir və Azərbaycan Mərkəzi Bankı (AMB) bu addım dəstəkləyir.
Mərkəzi Bank valyuta hərracı barədə məlumat yaymağı dayandırıb? - RƏSMİ AÇIQLAMA
FED.az xəbər verir ki, bunu AMB-nin sədri Taleh Kazımov rəhbərlik etdiyi qurumun faiz dəhlizinin parametrləri ilə bağlı qərarına həsr olunmuş mətbuat konfransında bildirib.
"“Aprel ayında Maliyyə Nazirliyi tərəfindən keçirilən hərrac ilk dəfə bizim maliyyə bazarlarında belə bir təcrübə oldu və düşünürəm ki, çox uğurludur. Bizim iqtisadiyyatımızın strukturuna baxdıqda, görərik ki, ötən il hökumət hesablarındakı vəsaitlərin il ərzində ilin əvvəlindən demək olar ki, üçüncü rübün sonuna kimi artımı hesabına bazarda likvidlik azalıb. Bu da keçən il faiz dərəcələrinin artımına təsir edib. Əsas amil o idi ki, hökümət hesablarının qalıqları keçən il kəskin artmışdı. Bu problemin aradan qaldırılması üçün Maliyyə Nazirliyinin rəhbərliyi ilə bu addım atıldı. Maliyyə Nazirliyi ilə ilin əvvəlindəki sərbəst vəsaitlərin maliyyə sektoruna geri qaytarılması müzakirə edildi. Mərkəzi Bankın məqsədi likvidliyin həcmi deyil, məqsəd bir günlük AZIR indeksinin uçot dərəcəsinin ətrafında formalaşmasıdır. Bunun inflyasiyaya böyük təsiri olacağını gözləmirik. Çünkü qısamüddətlidir, bu addım maliyyə sektorunun pul bazarının daha effektiv fəaliyyətinə daha çox təsir edir həmçinin də büdcə daha çox sərbəst vəsaitlərini qazanır. Bu çox müsbət haldır", - deyə o qeyd edib. ", - deyə o qeyd edib.