Azərbaycan Mərkəzi Bankı 2025-ci ildə valyuta bazarında satılmayan 541 milyon dolları Maliyyə Nazirliyinə transfer edib.
Mərkəzi Bank iqtisadi artımla bağlı - PROQNOZUNU AÇIQLADI
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, bu sözləri Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov faiz dəhlizinin parametrlərinə dair keçirilən mətbuat konfransında deyib.
Onun sözlərinə görə, xarici valyutada olan vəsaitin bir hissəsi Maliyyə Nazirliyinə manata çevrilmədən transfer edilib:
"Növbəti aylarda, tələb yarandığı şəraitdə biz onu valyuta bazarında istifadə edəcəyik. Ümumi olaraq, əhali daha çox valyuta satıb, nəinki alıb. Transfer məbləğini nəzərə alsaq, hardasa 400 - 450 milyona dollar valyuta az satılıb. Çünki tələb yoxdur".










