"Maliyyə bazarlarının inkişafı və kreditlərin əlçatanlığı” işçi qrupunun builki Yol Xəritəsi Dünya Bankının "Business ready "hesabatının maliyyə xidmətləri indikatoru ilə bağlı müvafiq metodologiyasına uyğun olaraq hazırlanıb.
"Maliyyə bazarında daha sərt tələblər yeni oyunçuların daxil olmasını çətinləşdirir"
FED.az xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədrinin müavini Rəşad Orucov işçi qrupunun iclasında bildirib.
Onun sözlərinə görə, sənədin hazırlanmasında AMB ilə yanaşı İqtisadiyyat Nazirliyi və digər adiyyatı dövlət qurumlarının və özəl sektorun nümayəndələri iştirak edib.
"Yol Xəritəsi maliyyə infrastrukturunun gücləndirilməsi, bu istiqamətdə tənzimləyici çərçivənin təkmilləşdirilməsi, yaşıl maliyyəyə keçdin olması və özəl sektorun məlumatlılıq səviyyəsinin artırılması istiqamətində ümumilikdə 49 tədbir müəyyən edib", - deyə AMB rəsmisi qeyd edib.