Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən lombard fəaliyyəti ilə məşğul olan "Güvənli” MMC və onun vəzifəli şəxsi inzibati məsuliyyətə cəlb edilib.
Mərkəzi Bank 3 BOKT-un vəzifəli şəxsini cərimələyib
FED.az xəbər verir ki, bu barədə AMB bildirir.
Məlumata görə, AMB tərəfindən aparılmış tematik yoxlama çərçivəsində cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin tələblərinin pozulması ilə əlaqədar İnzibati Xətalar Məcəlləsinin 598.1.2-ci maddəsinə əsasən lombard fəaliyyəti ilə məşğul olan "Güvənli" MMC və onun vəzifəli şəxsi Bakı şəhəri Nəsimi rayon məhkəməsi tərəfindən müvafiq olaraq 20 min manat və 2 min manat məbləğində cərimə edilib.