Azərbaycan Mərkəzi Bankı (AMB) İslam bankçılığı üzrə potensialın artırılması üçün Pakistan və Malaziya Mərkəzi Bankları, eləcə də Türkiyə İştirakçı Banklar Birliyi ilə təcrübə proqramlarına start verib.
Gələn ildən Azərbaycanda bu şəxslərə faizsiz kreditlər veriləcək
FED.az xəbər verir ki, bunu AMB-nin Maliyyə sektorunun dayanıqlı inkişafı departamentinin direktoru Rüstəm Tahirov Bakıda keçirilən "İslam Maliyyə Forumu 2025" tədbirində bildirib.
O həmçinin qeyd edib ki, İslam maliyyəsi alətlərinin tətbiqindən sonra onun ilkin nəticələri təhlil ediləcək: "Bunun əsasında bu məhsulların çeşidinin və əhatə dairəsinin genişləndirilməsi imkanları qiymətləndiriləcək". (Report)