Azərbaycan Mərkəzi Bankı (AMB) və İslam İnkişaf Bankı (IsDB) arasında islam maliyyəsi və sukuk emissiyası sahəsində əməkdaşlığın genişləndirilməsini müzakirə edilib.
"İslam bankçılığı ilə bağlı bir bank müraciət edib"
FED.az xəbər verir ki, müzakirələr İslam İnkişaf Bankı Qrupunun sədri Məhəmməd Əl Jasser və AMB-nin sədri Taleh Kazımov arasında keçirilən görüşdə baş tutub.
Əl Jasser IsDB-nin islam maliyyəsi çərçivəsini gücləndirmək üçün potensialın artırılması və texniki yardım vasitəsilə Azərbaycana dəstək vermək öhdəliyini bir daha təsdiqləyib. O, həmçinin Azərbaycanın bankın sukuk-una sərmayələrini təqdir edib və builki emissiyalarda davamlı iştirakı təşviq edib. (Report)