Azərbaycan Mərkəzi Bankı bu il üzrə ölkədə ümumi daxili məhsul 3,3% proqnozlaşdırıb.
FED.az xəbər verir ki, bunu bu gün keçirdiyi mətbuat konfransında Mərkəzi Bankın sədri Taleh Kazımov bildirib.
O bildirib ki, 2026-cı ildə isə ümumi daxili məhsulda 2,4 faiz artım proqnozlaşdırılıb.
Qeyri neft-qaz sektoru üzrə bu rəqəm müvafiq olaraq 4,7% və 4,6% olacaq.