Azərbaycan Mərkəzi Bankı (AMB) və Beynəlxalq Valyuta Fondunun (IMF) Qafqaz, Mərkəzi Asiya və Monqolustan üzrə Texniki Yardım Mərkəzi arasında əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib.
FED.az biznes və maliyyə xəbərləri portalı bu barədə AMB-yə istinadən xəbər verir.
Məlumata görə, qurumun sədrinin I müavini Əliyar Məmmədyarov Mərkəzin direktoru Holger Florkemayerlə görüş keçirib.
Görüş çərçivəsində mövcud əməkdaşlıq əlaqələri və bu əməkdaşlığın gələcək inkişaf perspektivləri, o cümlədən Mərkəzin göstərdiyi texniki yardım proqramları və onların təklif etdiyi imkanlar ətrafında geniş müzakirələr aparılıb.
Mərkəz IMF, üzv ölkələr və inkişaf tərəfdaşları arasında əməkdaşlıq çərçivəsində yaradılıb, regionda daha güclü siyasət çərçivələrinin və institutların formalaşdırılmasına dəstək göstərmək, yeni və inklüziv iqtisadi artım mənbələri müəyyən etmək, həmçinin regionun iqtisadi potensialını artırmaq məqsədilə IMF-in fəaliyyətinin genişləndirilməsi istiqamətində təşəbbüslər həyata keçirir.











