Azərbaycan Mərkəzi Bankı (AMB) və Harvard Universiteti arasında ölkəmizdə rəqəmsal maliyyə xidmətləri üzrə görülən işlər müzakirə edilib.
FED.az bu barədə AMB-yə istinadən xəbər verir.
Məlumata görə, qurumun sədri Taleh Kazımov Universitetin "Growth Lab" Mərkəzinin təsisçisi və direktoru Rikardo Hausmanla görüş keçirib. Görüş çərçivəsində AMB-nin pul siyasətinin ötürücülüyünün gücləndirilməsi, maliyyə sektorunun dayanıqlılığının daha da artırılması və maliyyə vastiçəliyinin genişləndirilməsi, xüsusilə də rəqəmsal maliyyə xidmətləri üzrə görülən işlər barədə geniş müzakirələr aparılıb.