Azərbaycan Mərkəzi Bankı (AMB) və “Citi Group” arasında ölkənin inkişaf trendləri müzakirə edilib.
Taleh Kazımovun başçılıq etdiyi Azərbaycan nümayəndə heyəti Vaşinqtonda görüşlərə başlayıb
FED.az xəbər verir ki, bunu AMB-nin sədri Taleh Kazımov "X" sosial şəbəkəsindəki hesabında bildirib.
"ABŞ-yə səfəri çərçivəsində “Citi Group” şirkətinin idarəçi direktoru, inkişaf etməkdə olan Avropa, Yaxın Şərq və Şimali Afrika regionu üzrə ictimai sektorunun rəhbəri Georgi Yordanov, eləcə də Yaxın Şərq, Afrika, Mərkəzi və Şərqi Avropa regionu üzrə satış rəhbəri Burak Çiçəksevər ilə görüşdük, qlobal makroiqtisadi meyilləri və ölkəmizin inkişaf trendlərini müzakirə etdik, əməkdaşlıq əlaqələrinin daha da genişləndirilməsi perspektivləri ətrafında fikir mübadiləsi apardıq", - deyə o qeyd edib.