Azərbaycan Mərkəzi Bankı (AMB) dövlət büdcəsinin kəsirinin maliyyələşdirilməsi üçün daxili borclanmanın 1,8 milyard manatdan çox olmamasını, kəsirin əsasən qeyri-emissiya mənbələri hesabına maliyyələşdirilməsini, tədricən azaldılmasını məqbul hesab edir.
Gələn il transfertsiz büdcə gəlirləri 23,8 milyard manat proqnozlaşdırılır
FED.az xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov Milli Məclisin bu gün keçirilən plenar iclasında - "2025-ci il dövlət büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı bildirib.
Bununla belə, onun sözlərinə görə, AMB ümumilikdə büdcə layihəsinin fiskal qayda çərçivəsində tərtib olunmasını, müəyyən edilmiş meyarların gözlənilməsini müsbət qiymətləndirir.
"2025-ci ildə büdcə xərclərinin 2024-cü ilin gözlənilən icra göstəricisi ilə müqayisədə 5,4 % artırılmasını məqbul hesab edir, büdcə kəsirinin 303 milyon manat azaldılmasını müsbət dəyərləndiririk", - deyə sədr qeyd edib. (Report)