Ötən dövr ərzində Mərkəzi Bank tərəfindən valyuta mübadiləsi fəaliyyəti ilə məşğul olmaq üçün müraciət etmiş bir hüquqi şəxsə lisenziya verilib.
Eləcə də bax: Azərbaycan banklarına ötən il 132 milyon manat - Kapital Qoyulub
FED.az Banker.az-a istinadən xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının illik hesabatında deyilir.
Ölkədə tətbiq olunan valyuta rejimi maliyyə sabitliyinin təmin edilməsinə yönəlmiş kompleks tədbirlər çərçivəsində valyuta bazarının sabitləşdirilməsi məqsədinə və ölkənin tədiyə balansının tarazlaşmasına xidmət etmişdir. Lakin sərt valyuta rejiminin tətbiqi, xüsusilə də idxal əməliyyatları üzrə avans ödənişlərinin tənzimlənməsi ilə bağlı yaranmış çətinliklər və problemləri, bununla bağlı sahibkarların dövlət və hökumət orqanlarına, Mərkəzi Banka çoxsaylı müraciətlərini nəzərə alaraq ötən dövr ərzində valyuta rejimi qaydalarında bəzi dəyişikliklər edilmişdir.
Belə ki, idxal müqavilələri üzrə malların ölkəyə daxil olması üçün müəyyən edilmiş müddət (270 gün) 2 ilə qədər uzadılmış, eyni zamanda avans müqabilində idxal olunmayan malların dəyəri və ya geri qaytarılmayan valyutanın dəyəri 10 min ABŞ dollarından aşağı olduğu hallar üçün məsuliyyət tədbirləri aradan qaldırılmışdır. Bu dəyişikliklər xarici iqtisadi fəaliyyətlə məşğul olan bir çox sahibkarlara ödənmiş avans müqabilində malların ölkəyə idxal olunmasına, xüsusilə qlobal pandemiyanın yaratdığı problemlər fonunda xarici ixracatçılarla işgüzar əlaqələr həyata keçirməyə, malların idxalı mümkün olmadıqda isə optimal vaxt ərzində vəsaiti ölkəyə qaytarmağa imkan vermişdir.