Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin uçot dərəcəsi ilə bağlı ötən iclasından bəri pul bazarında qısamüddətli faizlərdə stabil dinamika müşahidə olunub.
Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini - AZALDIB
FED.az bu barədə AMB-yə istinadən xəbər verir.
Məlumata görə, təminatsız pul bazarında faizlər qurumun faiz dəhlizi daxilində hərəkət edir.
"AZIR indeksinin orta günlük səviyyəsi iyunda 7,03 %, iyulun ötən dövründə isə 7,15 % olub. Aprel ayından başlayaraq Maliyyə Nazirliyinin vahid xəzinə hesabının sərbəst qalığının yerləşdirilməsi üzrə keçirdiyi depozit hərracları bank sektorunun likvidlik mövqeyinə artırıcı təsir göstərməkdə davam edir. Bu şəraitdə AMB izafi likvidliyin əhəmiyyətli hissəsini 1 həftəlik əməliyyatlarla sterilizasiya etməklə AZIR-i uçot dərəcəsinə yaxınlaşdırmağı hədəfləyib. Pul bazarında aktivlik yüksək olaraq qalır. 2025-ci ilin 6 ayında ötən ilin müvafiq dövrünə nəzərən təminatsız bazarda əqdlərin məbləği 26 %, sayı isə 55 % artıb", - deyə məlumatda qeyd olunub.