Qiymətli kağızlar portfelində olan gəlirlərdə 2.2 dəfə artım müşahidə olunur.
Bu il qiymətli kağızlar portfelində gəlirlər 2,2 dəfə artaraq 442 milyon dollara çatıb.
FED.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının Statistika departamentinin direktoru Samir Nəsirov dekabrın 15-də keçirdiyi brifinqdə deyib.
O qeyd edib ki, 9 ay ərzində ölkənin təkrar gəlirlər balansı da profisitli olub, amma 1 il əvvələ nisbətən profisit azalıb: "Bu da ölkəyə daxil olan pul baratlarının məbləğinin azalması ilə bağlıdır. Ötən ilin eyni dövründə 2,8 milyard ABŞ dolları, bu il isə 1,28 milyard ABŞ dolları vəsait daxil olub. Bunun da 829 milyon ABŞ dolları Rusiyadan köçürülüb".