Azərbaycan Mərkəzi Bankı Dünya Bankı ilə birlikdə maliyyə bazarı iştirakçılarının davranışı modelinin yaradılması üzərində işləyir.
FED.az xəbər verir ki, bunu AMB-nin Baş direktoru Şahin Mahmudzadə təmsil etdiyi qurumun faiz dəhlizinin parametrləri ilə bağlı qərarına həsr olunmuş mətbuat konfransında bildirib.
O bildirib ki, bu davranış modeli 8 fəsildən ibarət olacaq.
AMB bu istiqamətdə qaydaları yaxın zamanlarda açıqlamağı planlaşdırır. Qaydalar müştəriləri haqlarının müdafiəsi istiqamətində həyata keçirilən tədbirləri əhatə edir. Qaydalara görə müştərilər müqavilə bağlayanda hansı şərtlər ilə müqavilə bağlayırsa nəticə olaraq da həmin müqaviləyə uyğun davranışın təmin edilməsi əsas götürülür.
"Məqsəd odur ki, müştəri müqavilə bağladıqdan sonra hər hansı bir gözlənilməz hal ilə qarşılaşmasın". - deyə baş direktor diqqətə çatdırdı.