2021-ci ilin yanvar ayında əhalinin bank əmanətləri (fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin vəsaitləri daxil olmaqla) 0,3% - 8 milyard 202,9 milyon manatadək artıb.
Eləcə də bax: Əhalinin dollara tələbatı - 10 Aylıq Maksimuma Çatıb
FED.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankından (AMB) məlumat verilib.
Hesabat dövründə əhalinin xarici valyutada əmanətləri 0,1% - 4 milyard 155,4 milyon manatadək və ya bütün əmanətlərin 50,7%-i səviyyəsində azalıb (2020-ci ilin yekunları üzrə xarici valyutada əmanətlərin xüsusi çəkisi 50,8% təşkil edib).
Yanvarda əhalinin milli valyutada əmanətlərinin həcmi 0,5% - 4 milyard 47,5 milyon manatadək (bütün əmanətlərin 49,3%-i) azalıb.
31 dekabr 2021-ci il tarixinə rezidentlərin bank əmanətlərinin həcmi 7 milyard 917 milyon manat, qeyri-rezidentlərin – 286 milyon manat təşkil edir. Hesabat dövründə rezidentlərin əmanətlərinin həcmi 0,3%, qeyri-rezidentlərin əmanətlərinin həcmi isə 1,9% artıb.
2021-ci il yanvarın 31-nə banklarda əmanət və depozitlərin həcmi 23 milyard 189,3 milyon manat təşkil edir ki, bu da 2020-ci ilin sonuna olan göstəricidən 2% azdır. (İnterfeks)