Azərbaycan Əmanətlərin Sığortalanması Fondu (ADIF) bağlanmış 4 bankdakı 680 milyon manat sığortalı əmanətin 200 milyon manatını qaytarmaq üçün vəsaitə malikdir.
Eləcə də bax: Kredit çətinliyi ilə bağlı banklara - 57 MİN MÜRACİƏT EDİLİB
FED.az xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Elman Rüstəmov keçirdiyi mətbuat konfrasında bildirib.
“Qalan 480 milyon manatı AMB ADIF-ə kredit kimi verəcək. Bu məsələ ilə bağlı danışıqlar gedir. Həmin vəsaitin isə 200 milyon manatlıq hissəsinin xarici valyuta formasında verilməsi nəzərdə tutulub. Odur ki, bu ilin sonuna qədər AMB-nin valyuta ehtiyatlarında cüzi azalma ola bilər”, - o qeyd edib.
Report