Azərbaycan Mərkəzi Bankı (AMB) 2021-ci ilin I yarısını xalis zərərlə başa vurmuş bankların maliyyə dayanıqlığına malik olduğunu qeyd edir.
Banklar 2-ci rübü belə başa vurdular - MƏNFƏƏT VƏ ZƏRƏR, MƏBLƏĞLƏR - SİYAHI (2021)
FED.az xəbər verir ki, bunu Mərkəzi Bankın baş direktoru Toğrul Əliyev deyib.
Onun sözlərinə görə, 2021-ci ilin yanvar-iyun aylarında Azərbaycanın bank sektorunun ümumi mənfəəti 366 milyon manat təşkil edib. 22 bank 372 milyon manat məbləğində mənfəət əldə edib, 4 bankın zərəri isə ümumilikdə 6 milyon manatı ötüb.
Bütövlükdə, 6 ay ərzində Azərbaycanda bankların əməliyyat mənfəəti 502 milyon manat təşkil edib.
“Hesabat dövrünü zərərlə başa vurmuş 4 bankdan 3-nün əməliyyat gəlirləri xərcləri üstələyib, bir bankın zərəri kreditlər üzrə ehtiyatların yaradılması ilə bağlı olub. Ümumilikdə, bu dörd bank maliyyə baxımından dayanıqlıdır və onların zərərliliyi Azərbaycanın bank sistemi üçün risk yaratmır”, - deyə Əliyev bu gün keçirilən mətbuat konfransında bildirib. (İnterfaks)