Azərbaycan Mərkəzi Bankı 2025-ci ildə cari əməliyyatlar balansının profisitinin 5,5 milyard ABŞ dolları olacağını proqnozlaşdırır.
"Azərbaycana daxil olan pul baratlarının həcmi 1 milyard 83 milyon dollar olub"
FED.az xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankında keçirilmiş mətbuat konfrasında qurumun baş direktoru Vüqar Əhmədov bildirib.
"Ümumən biz əlverişli xarici fon görürük. Bu müsbət fon ümumilikdə orta müddətli dövrdə makroiqtisadi sabitliyi dəstəkliyən ciddi bir amildir. İstənilən halda bizim proqnozlarımız onu göstərir ki, biz 5 milyard ətrafında hətta onuda üstələyəcəyik orta müddətli bir dövr üçün CƏB proqnozunu görürük. Cari əməliyytlar balansı kifayət qədər profisitlidir bu makroiqtisadi sabitliyin kifayət qədər dayanıqlı olduğunu göstərir"- deyə o qeyd edib.