Azərbaycan Mərkəzi Bankı (AMB) 2027-ci ilədək könüllü sığorta üzrə (həyat sığortası istisna olmaqla) sığorta haqlarının 630 milyon manata qədər artmasını mümkün hesab edir.
“2024-2026-cı illərdə maliyyə sektorunun inkişaf Strategiyası” - QƏBUL OLUNUB
FED.az xəbər verir ki, bu hədəf Mərkəzi Bankın təsdiq etdiyi “2024-2026-cı illərdə maliyyə sektorunun inkişaf Strategiyası”nda öz əksini tapıb.
AMB-nin hesablamalarına görə, 2023-cü ildə həyat sığortası üzrə (yığım sığortası istisna olmaqla) sığorta haqları 350 milyon manat təşkil edib. Beləliklə, 2024-2026-cı illərdə yığımlar 80% arta bilər.
2027-ci ilədək həyat sığortası üzrə (yığım sığortası istisna olmaqla) sığorta haqları 280 milyon manata çata bilər (2023-cü ildə 124 milyon manat). Sığorta haqları üzrə artım 2,3 dəfə təşkil edə bilər.
AMB-nin hesablamalarına görə, 2027-ci ilədək sığorta bazarının penetrasiya səviyyəsi qeyri-neft ÜDM-in 2,15%-ni (2023-cü ilin sonuna 1,85%) təşkil edəcək.
Bundan başqa, AMB 3 il ərzində sığorta aktivlərinin iki dəfə artacağını gözləyir. Belə ki, hazırda sığorta aktivlərinin həcmi 1,9 milyard təşkil edir və 2027-ci ilədək bu göstəricinin 3,7 milyard manatdan artıq məbləğə qədər artacağı proqnozlaşdırılır.