Azərbaycanın maliyyә-bank sektorunun dәrinliyinin artırılması istiqamәtindә bankların strategiyalarında biznes kreditlәşmәsinә diqqәtin artırılması 2021-ci ildә tәşviq olunacaq.
Eləcə də bax: Mərkəzi Bank 2021-ci il üçün planlarını açıqladı - TAM MƏTN
FED.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) 2021-ci il üçün pul və maliyyə sabitliyi siyasətinin əsas istiqamətlərinə dair bəyanatında deyilir.
Qeyd edilr ki, banklararası pul bazarının aktivlәşdirilmәsi banklar arasında resurs axınının sürәtlәndirilmәsinә vә belәliklә biznesin maliyyә resurslarına tәlәbatının ödәnilmәsinә xidmәt edәcәk.
Bundan əlavə, regionlarda maliyyәyә çıxışın yaxşılaşdırılması xüsusi diqqәtdә saxlanılacaq və işğaldan azad edilmiş rayonlarda bank-maliyyә infrastrukturunun yaradılması qayıdış planlarının mühüm tәrkib hissәsi olacaq.