Almaniyanın ən böyük maliyyə qurumu Deutsche Bank, 2022-ci ilin birinci rübündə son doqquz ildə 1,2 milyard avro ilə ən böyük xalis mənfəətini açıqlayıb.
Eləcə də bax: “Visa” Rusiyada $60 mln. itirdiyini - AÇIQLAYIB
FED.az xəbər verir ki, birinci rübdə vergidən əvvəlki mənfəət ötən ilin eyni dövrü ilə müqayisədə 4% artaraq 1,7 milyard avro təşkil edib. Xalis mənfəət 2021-ci ilin eyni dövrü ilə müqayisədə 18% artaraq 1,2 milyard avroya çatıb.
"Bu rübdə biz gücümüzü və dayanıqlılığımızı nümayiş etdirdik. Bizim prioritetimiz müştərilərə geosiyasi hadisələrə çevik reaksiya vermək və özlərini risklərdən qorumaq idi", - Deutsche Bank-ın rəhbəri Kristian Sevinq bildirib.
"Bütün bizneslərimiz hədəflərimizə uyğun və ya onlardan irəli gələn nəticələr göstərdi və biz doqquz ildə ən yüksək rüblük mənfəət əldə etdik" - deyən o, çətin bir şəraitdə maliyyə qurumununartım əldə etdiyini vurğulayıb.
Bununla belə, Deutsche Bank-ın Rusiyadakı ümumi kredit portfeli 5% azalaraq 1,3 milyard avroya düşüb.
Martın 12-də Deutsche Bank, Ukraynadakı hadisələr kontekstində, Rusiyada qalan biznesin məhdudlaşdırıldığını elan edib. Eyni zamanda bildirilib ki, maliyyə qurumu Rusiya Federasiyasının vətəndaşı olmayan xarici müştərilərinə ölkədə bizneslərini azaltmaqda kömək edir. Deutsche Bank vurğulayır ki, "Rusiyada yeni biznes olmayacaq".
Deutsche Bank ən böyük transmilli banklardan biridir. Dünyanın 70-dən çox ölkəsində ofisləri var. Almaniyada Deutsche Bank-ın 500-ə yaxın filialı var. (Marja)