Almaniyadan Azərbaycana pul köçürmələri 2022-ci ildə 2 dəfə artıb.
Azərbaycanda rəqəmsal pul köçürmələrinə - MANE OLAN AMİLLƏR - AÇIQLANIB
FED.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, 2022-ci ildə Almaniyadan Azərbaycana 53 milyon 585 min dollar pul göndərilib.
Bu 2021-ci illə müqayisədə 2 dəfə artıqdır. Belə ki, 2021-ci ildə bu göstərici 26 milyon 898 min dollar idi.
Bu göstərici ilə Almaniya İngiltərəni və Qazaxıstanı keçərək Azərbaycana pul göndərilən ölkələr arasında Rusiya, ABŞ və Türkiyədən sonra 4-cü yeri tutur.
Maraqlıdır ki, 2022-ci ildə Azərbaycandan Almaniyaya köçürülən pullar da artıb. Belə ki, 2021-ci ildə pul köçürmələri 21 milyon 383 min dollar olduğu halda, 2022-c ildə bu rəqəm 22 milyon 282 milyon dollar olub.
Xatırladaq ki, 2022-ci ildə xaricdən Azərbaycan vətəndaşlarına ümumilikdə 3 milyard 620 milyon dollar pul köçürülüb.