“Nağdsız hesablaşmalar haqqında” Qanunda pərakəndə ticarətdə nağd hesablaşmalar üçün nəzərdə tutulan limit də 4 min manat məbləğində müəyyən edilib.
Eləcə də bax: Azərbaycanda salonlarda avtomobillərin nağd pulla satışı - QADAĞAN EDİLİR - YENİ QANUN
FED.az biznes və maliyyə xəbərləri portalı Trend-ə istinadən xəbər verir ki, bu barədə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında qanun layihəsinin müzakirəsi zamanı bildirilib.
Sonra iclasda büdcə layihəsi və onunla bağlı məsələlərin müzakirəsi başlanıb.
Müzakirələrdə komitə sədrləri Tahir Mirkişili, Hicran Hüseynova, Qənirə Paşayeva, Musa Quliyev, Siyavuş Novruzov, komitələrin sədr müavinləri Əli Məsimli, Qüdrət Həsənquliyev, Məlahət İbrahimqızı, Sahib Alıyev, deputatlar Vüqar Bayramov, Arzu Nağıyev, Məzahir Əfəndiyev, Vahid Əhmədov çıxış ediblər, dövlət büdcəsi ilə bağlı fikirlərini açıqlayıblar, rəylərini səsləndiriblər.