Azərbaycanın ən böyük plastik boru istehsalçılarından biri olan «Metak» şirkəti 2018-ci ilin ilk yarım ili üzrə hesabatını açıqlayıb. FED.az xəbər verir ki, şirkətin hesabatına əsasən, ilk yarım ildə «Metak»ın məhsul satışından gəlirləri 38 milyonq 228 min manat, həmin məhsulun maya dəyəri 31 milyon 270 min manat təşkil edib.
Nəticədə şirkətin ümumi mənfəəti 6 milyon 958 min manat təşkil edib.
Bundan 760 min manat satış və marketinq xərclərinə, 1 milyon 864 min manat isə ümumi və inzibati xərclərə sərf edilib.
Nətiədə şirkətin əməliyyat gəliri 4 milyon 333 min manat olub.
Bu dövrdə «Metak»ın maliyyə xərcləri 1 milyon 234 min manat, sair gəlirləri 33 min manat olub.
Beləliklə, şirkət ilk yarım ili 3 milyon 132 min manat mənfəətlə başa vurub.
Hesabatdan məlum olur ki, «Metak»ın cəmi aktivləri 72 milyon 65 min manatdır.
Aktivlərin 44,5 milyon manatı mal-materiallar, 20,6 milyonu bina və qurğulardır. Bundan başqa, «Metak»ın 4,15 milyon manat alacağı borclar, eləcə də vergiyə 1 milyon 11 min manat artıq ödəməsi var.
Şirkətin kapitalı 30,7 milyon manatdır. Bunun 20 milyon manatı nizamnamə kapitalı, 10,7 milyonu bölüşdürülməmiş mənfəətdir.
İlk yarım ilin nəticələrinə görə, «Metak»ın öhdəlikləri 41,4 milyon manatdır. Bunun 18,5 milyon manata uzunmüddətli, 22,9 milyon manat isə cari öhdəliklərdir.
Qeyd edək ki, «Metak»ın səhmlərinin 100%-i Kərimov Alik Kainbəy oğluna məxsusdur.
Azərbaycanın ən böyük plastik boru istehsalçılarından biri olan «Metak» bir qədər əvvəl buraxdığı istiqrazları ilə də tanınır.
"Metak"ın yarım illik hesabatına buradan baxmaq olar.