Azərbaycan Mərkəzi Bankının (AMB) Kollegiyası “Aktuari rəyinin məzmunu, forması və təqdim edilməsi Qaydası”nı təsdiq edib.
Kağız pulların yararsız sayılması - QAYDALARI DƏYİŞDİ
FED.az xəbər verir ki, bununla bağlı AMB-nin sədri Taleh Kazımov yeni qərar imzalayıb.
Qərara əsasən, aktuari rəyinin məzmununda məsul aktuari, eləcə də ümumi məlumatlar, sığortaçı və aktuar hesablamaların aparılması və nəticəsi haqqında məlumatlar əks olunacaq.
Həmçinin sığorta haqları və sığorta ödənişlərində sığortaçının hesabat tarixinə bütün sığorta portfeli, əsas sığorta növləri üzrə sığorta haqları və sığorta ödənişlərinin ən azı son 3 il üzrə keçmiş illərin eyni dövrləri ilə müqayisə edilməklə artım və yaxud azalma dinamikasının və əsas sığorta növləri üzrə sığorta haqlarının, gözlənilən və baş vermiş zərərlərin, həyatın yığım sığortası və 3 ildən artıq müddətə bağlanılan digər sığorta müqavilələri ilə bağlı aktuar fərziyyələri üzrə isə gözlənilən və baş vermiş zərərlərin müxtəlif seqmentlərə uyğun olaraq konsentrasiyasının təhlili də yer alacaq.
Sığorta ehtiyatları hesablanarkən isə sığortaçının hesabat tarixinə formalaşdırdığı sığorta ehtiyatlarının, o cümlədən xalis sığorta ehtiyatlarının hər bir növünün ən azı son 3 il üzrə keçmiş illərin eyni dövrləri ilə müqayisə etməklə artım və yaxud azalma dinamikasının təhlili əks olunacaq.
Sığortaçının alınmalı olan sığorta (təkrarsığorta) haqlarının (gecikdirilməsi “0-30 gün”, “31-45 gün”, “46-60 gün”, “61-90 gün”, “90 gündən çox” formada bölgüsü aparılmaqla) geniş təhlili və ən azı son 3 ilin statistik məlumatlarına əsaslanaraq onların likvidliyinin qiymətləndirilməsi həyata keçiriləcək.
AMB-nin Hüquq departamentinə bu Qərarın 3 gün müddətində Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Ədliyyə Nazirliyinə təqdim edilməsi tapşırılıb.