“Azərbaycan Kredit Bürosu” MMC (AKB) məlumat təchizatçılarından topladığı məlumatları kredit hesabatı formasında tərtib edir, risk təhlilini aparır və istifadəçilərin sorğusu əsasında təqdim edir. Bununla da kredit təşkilatlarına risklərin azaldılmasına xidmət edir.
FED.az xəbər verir ki, AKB hazırda 200-dən artıq təşkilatla məlumat mübadiləsi həyata keçirməklə, fəaliyyətinin əsas xüsusiyyəti irihəcmli məlumatlarla iş, habelə böyük layihələrin bir hissəsi olmaqdır. Qarşıya qoyulmuş məqsədlərə çatmaq üçün AKB İstehlakçılarla iş şöbəsinə xidmət operatoru üzrə vakansiya elan edir.
Vakansiya haqqında:
Vəzifə: Xidmət operatoru
İş qrafiki: Bazar ertəsi – cümə, 09:00 – 18:00
Xidmət yeri: ASAN Kommunal Mərkəzi
Müraciət üçün son tarix: 31.05.2023
Vəzifə öhdəlikləri:
- Vətəndaşlara “ASAN xidmət” mərkəzində kredit hesabatlarının verilməsi;
- AKBə daxil olan ərizə və şikayətləri qəbul etmək, araşdırılması üçün baş ofisə yönəldilməsini təmin etmək;
- Sorğuların, ərizə və şikayətlərin statistikasını aparmaq;
- Mütəmadi şikayətlərin səbəblərini araşdırmaq və problemlərin aradan qaldırılması üçün təkliflərlə çıxış etmək;
- Yaradıcı düşünmək və davranmaq;
- Fərdi bacarıqlarını yüksək səviyyədə nümayiş etdirmək;
- Məqsədyönlülük (yekun nəticəyə yönəlmə bacarığı), komandada işləmək bacarığı.
Namizədə qoyulan tələblər:
- İqtisadi sahədə ali təhsil;
- 2030 yaş;
- Səlis Azərbaycan dili, ingilis və rus dillərini yaxşı səviyyədə bilməli;
- Bank sahəsində ən azı 1 il iş təcrübəsi;
- Stress altında işləməyi bacarmalı;
- Məsulliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə malik olmalı;
- Ünsiyyət yaratmaq, dinləmək, müşahidə etmək;
- MS office proqramlarını əla səviyyədə idarə etmək qabiliyyəti olmalı.
Maraqlanan namizədlər CV-lərini mövzunu qeyd etməklə [email protected] ünvanına göndərə bilərlər.