Azərbaycan Mərkəzi Bankının (AMB) valyuta ehtiyatları bu ilin sonuna 9,2 mlrd. dollara çatacaq.
Mərkəzi Bank valyuta ehtiyatlarını 8 milyard dollara - ÇATDIRIB
FED.az xəbər verir ki, bu barədə Asiya İnkişaf Bankının (AİB) hesabatında bildirilib. Hesabata əsasən, AMB-nin valyuta ehtiyatları gələn il üçün 10,2 mlrd. dollar həcmində proqnozlaşdırılıb.
Qeyd edək ki, bu ilin noyabr ayının 30-na olan məlumata görə, AMB-nin rezervləri 7,969 mlrd. dollar təşkil edir. Mərkəzi Bankın valyuta ehtiyatları sonuncu dəfə 2015-ci ilin mart ayında 9 mlrd. dollardan çox olub. (Apa)